Ukrayna NATO-ya üzvlük üçün referenduma gedəcək
Bizi izləyin

Dünya

Ukrayna NATO-ya üzvlük üçün referenduma gedəcək

“Ukraynanın Şimali Atlantika İttifaqına üzvlük barədə məsələ Ümumukrayna referendumunda həllini tapmalıdır”.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə səfərdə olan litvalı həmkarı Dalya Qribauskayte ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“NATO-ya giriş haqqında qərar Ukrayna xalqının səlahiyyətindədir”, - Poroşenko bildirib.

Litva prezidenti də həmçinin qeyd edib ki, hərbi alyansa üzvlük üçün Ukrayna dərin islahatlar həyata keçirməlidir.

Dünən isə ABŞ Ukraynanın NATO-ya üzvlüyünə mane olmağa çalışan Kremlə xəbərdarlıq edib. Kiyevdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland bildirib ki, Ukraynanın gələcəyini Moskva müəyyən etməyəcək.

“Heç bir ölkə başqa ölkənin gələcəyini müəyyən etmək hüquqlarına malik deyil. Heç bir ölkə başqa ölkənin üzv olacağı ittifaqlar haqqında qərarlar qəbul etmək hüquqlarına malik deyil. NATO-nun qapıları istənilən avroatlantik dövlət üçün açıqdır. Ukraynanın ittifaqa üzvlüyünə gəlincə, bu məsələ Ukrayna və NATO arasında danışıqların mövzusu olacaq. Əgər Ukrayna bunu istəyərsə”, - deyə ABŞ dövlət katibinin köməkçisi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm