• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyadan gözlənilməz təklif: “Yanukoviçin ətrafı Kiyevə qaytarılsın”

  • Dünya
  • 24 Noyabr 2014 17:35
  • 535 Baxış
Rusiyadan gözlənilməz təklif: “Yanukoviçin ətrafı Kiyevə qaytarılsın”

Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Valeri Raşkin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hakimiyyətində təmsil olunan və hazırda Rusiyaya sığınanları ölkəsinə qaytarmağı təklif edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, kommunist deputat bildirib ki, Rusiya əliçirkli Ukrayna siyasətçilərdən xilas olmalıdır.

O, xüsusi olaraq Ukraynanın keçmiş baş prokuroru Viktor Pşonka və keçmiş baş nazir Nikolay Azarovun adını çəkib.

“Azarov Ukraynanın baş naziri kimi dörd il ərzində faktiki olaraq Rusiya qazının oğurluğunu həvəsləndirir və Ukraynanın Rusiyaya olan borcları ilə manipulyasiya edirdi. Niyə biz indi onu xilas etmək və burada onun üçün rahat həyat təmin etmək məcburiyyətindəyik”, - V.Raşkin bildirib.

Lakin o, V.Yanukoviçin Ukraynaya təhvil verilməsinin tərəfdarı deyil.

Bundan başqa, rusiyalı deputat ehtiyat edir ki, sabiq nazirin oğlunun Rusiyada olması ölkənin imicinə ziyan vura bilər: “Bu insan Rusiya vətəndaşı deyil. Onun Avstriya pasportu var. Onun Avstriyadakı bank hesabları məhv edilib və barəsində araşdırma aparılır. Sabiq nazirin oğlunu Avstriyaya vermək lazımdır".

Qeyd edək ki, Ukrayna ölkəsinin keçmiş məmurlarının Rusiyaya qanunsuz olaraq 32 milyard dollar ötürdüyünü iddia edir. Qeyd olunur ki, hazırda bu pulların bir hissəsindən Ukraynada separatçılığın dəstəklənməsi üçün istifadə olunur. Keçmiş məmurların həmçinin İsveçrə, Avstriya və Lixtenşteyn banklarında da böyük məbləğdə vəsaitlərinin olduğu ehtimal olunur. Ukrayna baş prokurorluğun apardığı araşdırmaya görə, təkcə 2012-ci ildə İsveçrə banklarına Ukraynadan 2 milyard dollar pul yatırılıb.

Məlumata görə, Yanukoviç başqa olmaqla bütün keçmiş ukraynalı məmurlar Moskva və yaxın ətrafda mənzil alıb, Rusiya pasportu və daimi işlə təmin olunub. Sabiq prezident V.Yanukoviçin özü Rublyovka qəsəbəsində məskən salıb. Rusiyada yaşayan digər keçmiş ukraynalı məmurlar isə aşağıdakılardır:

- Vitali Zaxarçenko – sabiq daxili işlər naziri,

- Pavel Lebedev – sabiq müdafiə naziri

- Yelena Lukaş – sabiq ədliyyə naziri

- Qriqori İlyaşov - Ukrayna xarici kəşfiyyatının keçmiş rəhbəri

- Aleksandr Yakimenko - Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq başçısı

- Viktor Pşonka - keçmiş baş prokuror

- Dmitri Tabaçnik - keçmiş təhsil naziri

Ümumilikdə, Rusiyaya köçən ukraynalı keçmiş məmurların sayının uşaqlar və ev xidmətçiləri ilə birlikdə 5 minə qədər olduğu bildirilir. Ukraynadan Rusiyaya köçən keçmiş məmurların təxminən 40 faizinin aldığı mülklərin qiyməti iki milyon dollara qədər, təxminən 40 faizinin aldığı mülklərin qiyməti beş milyon dollara qədər olduğu deyilir. Qalan 20 faizinin isə bağladığı alqı-satqı müqavilələrinin dəyəri olduqca böyükdür - 30 milyon dollara qədər.

Ukraynanın keçmiş məmurları Moskvanın kirayələnən dəbdəbəli mənzillərin təxminən üçdə birini tutur. Moskvanın Preçistenka və Ostojenka rayonları ukraynalıları daha çox maraqlandırır.

Ukraynanın sabiq baş naziri Nikolay Azarovun oğlu, Ali Radanın keçmiş deputatı Aleksey Azarov 2014-cü ilin yazında Moskvanın İstrinski rayonunda torpaq sahəsi alıb. Evin dəyəri təxminən səkkiz milyon dollardır. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Yakimenkonun ailəsi yaxın vaxtlarda Moskvada ikinci mənzili əldə edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR