• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İraq ordusu İŞİD-ə qarşı ən böyük əməliyyatını keçirdi – SON DƏQİQƏ

  • Dünya
  • 24 Noyabr 2014 18:34
  • 1 574 Baxış
İraq ordusu İŞİD-ə qarşı ən böyük əməliyyatını keçirdi – SON DƏQİQƏ

İraq ordusu İŞİD terror qruplaşmasına qarşı ən genişmiqyaslı əməliyyatını həyata keçirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD əməliyyatdan sonra Bağdadın şimalındakı Celevle və Sədiye qəsəbələrinə nəzarəti itirib.

Məlumata görə, İraq ordusuna Şimali İraq regional rəhbərliyinin Peşmərgə birlikləri və şiə milis qrupları dəstək verib. Qarşıdurmalarda 79 İŞİD üzvünün öldürüldüyü bildirilir.

Şiə milisi və İraq ordusunun 18, peşmərgə güclərinin itkisi isə 10 nəfər olub. İŞİD ötən cümə günü İraqın qərbindəki Anbar əyalətinin Ramadi şəhərində orduya qarşı genişmiqyaslı hücuma başlamışdı.

Son məğlubiyyətə baxmayaraq, paytaxt Bağdad üçün təhlükə hələ də qalır. Hazırda İŞİD-in əlində olan üç strateji hərbi baza Bağdadın təxminən 40 kilometrliyindədir. Sözügedən bazalar şiələrin müqəddəs məkanları sayılan Kərbəla və Nəcəf şəhərlərinə də yaxındır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR