İrana daha 7 ay möhlət verildi
Bizi izləyin

Dünya

İrana daha 7 ay möhlət verildi

İranın nüvə proqramı ilə bağlı Avstriya paytaxtı Vyanada keçirilən danışıqlarda razılaşma əldə edilməyib.

Publika.az xəbər verir ki, "altılar" İranın nüvə proqramı üzrə razılaşma əldə olunması üçün iyun ayınadək vaxt veriblər.

Birləşmiş Krallığın XİN başçısı Filip Hammond deyib ki, irəliləyişlər olsa da, son müddətə qədər razılıq əldə etmək mümkün deyildi.

Dünya gücləri bazar ertəsi, mərkəzi Avropa vaxtı ilə gecə yarısınadək (Bakı vaxtı ilə çərşənbə axşamı 03:00) razılığa gəlməli idilər. Lakin mövcud fikir ayrılıqlarına görə, görüşlərdə heç bir sənəd imzalanmayıb.

ABŞ, Birləşmiş Krallıq, Rusiya, Çin, Fransa və Almaniya istəyir ki, İran öz nüvə proqramını məhdudlaşdırsın. Dünya gücləri bunun əvəzinə BMT sanksiyalarının qaldırılmasını təklif edirlər.

Tehran isə məqsədinin nüvə silahı hazırlamaq deyil, atom enerjisi əldə etmək olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm