Litva Ukraynaya silah verəcək
Bizi izləyin

Dünya

Litva Ukraynaya silah verəcək

Ukrayna və Litva silahların çatdırılması haqqında razılaşıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Kiyevdə səfərdə olan Litva prezidenti Dalya Qribauskayte ilə danışıqlardan sonra Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Biz Ukrayna Silahlı Qüvvələri üçün konkret silahların çatdırılması haqqında razılaşdıq. Bu real yardımdır”, - Ukrayna prezidenti deyib.

Lakin P.Poroşenko konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb. Litva dövlət başçısı qeyd edib ki, razılaşmada Ukrayna hərbi qulluqçuların hazırlığına yardım da əksini tapıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm