Jirinovskinin adamı Qafqazın “rəsmi işğalı”ndan danışdı
Bizi izləyin

Dünya

Jirinovskinin adamı Qafqazın “rəsmi işğalı”ndan danışdı

“Rusiya və Abxaziya arasında imzalanacaq müqavilə Qafqazda stabilliyi möhkəmləndirəcək”.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının üzvü, Dumanın deputatı Roman Xudyakov söyləyib.

O, Moskva ilə imzalanacaq müqavilənin yalnız müdafiə xarakteri daşıdığını deyib:

“Rusiya və Abxaziya arasında imzalanacaq müqavilə Qafqazda stabilliyi möhkəmləndirəcək. Bu müqavilə kiməsə qarşı yönəlməyib və yalnız müdafiə, əməkdaşlıq xarakteri daşıyır. Bununla bərabər, həmin müqavilə indiyə qədər Gürcüstan tərəfindən olacaq mümkün aqressiyadan çəkinən Abxaziyada təhlükəsizliyi gücləndirəcək”.

Qeyd edək ki, Rusiya ilə Abxaziya arasında imzalanacaq müqaviləyə əsasən, rus ordusu separat bölgədə yerləşdiriləcək. Üstəlik, Abxaziyanın gömrük, vergi və ticarət haqqında qanunvericiliyi Rusiya ilə eyniləşdiriləcək. Ekspertlər isə bu müqavilə vasitəsilə Rusiyanın Cənubi Qafqazda öz maraqlarını möhkəmləndirməyə çalışdığını bildirirlər. Moskvanın bununla Qafqaz dövlətlərinə nəzarəti bərpa etməklə yanaşı, Qərbin də aktivliyinə mane olduğu iddia edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm