Rusiyada antiamerika əhval-ruhiyyəsi artır - Sorğu
Bizi izləyin

Dünya

Rusiyada antiamerika əhval-ruhiyyəsi artır - Sorğu

Rusiyanın “İctimai rəy” Fondu ölkə vətəndaşlarının ABŞ-a münasibəti ilə bağlı sorğu keçirib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, sorğu ölkədə antiamerika əhval-ruhiyyəsinin artdığını üzə çıxarıb.

Rusiyalıların 70 faizinin fikrincə, son il ərzində iki ölkə arasında münasibətlər pisləşib. Respondentlərin yarısından çoxu buna görə ABŞ-ı gunahlandırır. Rəyi soruşulanların 37 faizinin ABŞ-a münasibəti mənfidir. Müsbət münasibəti olanlar isə cəmi 11 faizdir, 46 faizi isə neytraldır.

Rusiyalıların 78 faizi hesab edirlər ki, ABŞ dünyada mənfi rol oynayır, yalnız 7 faizi ABŞ-ın rolunu müsbət hesab edir.

Respondentlərin 50 faizi hesab edir ki, Rusiya rəhbərliyi ABŞ ilə münasibətləri qaydaya salmaq üçün çalışmalıdır, 16 faizi ilə bildirir ki, heç nə etmək lazım deyil. İki ölkə arasında münasibətlərin yaxşılaşacağına inananlar cəmi 13 faiz təşkil edir.

Həmçinin 40 rusiyalı bildirib ki, ABŞ prezidenti Barak Obamanın iki ölkə münasibətlərində rolu mənfidir. Halbuki, 2011-ci ilin aprelində bu cəmi 8 faiz idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm