MH17-nin qalıqları Ukraynadan çıxarılır
Bizi izləyin

Dünya

MH17-nin qalıqları Ukraynadan çıxarılır

Ukraynada qəzaya uğramış Malaziyaya məxsus MH17 təyyarəsinin qalıqları Xarkov şəhərinə gətirilib.

Publika.az-ın məlumatına görə, qalıqlar Niderlandlı ekspertlərin nəzarəti ilə qatarla daşınıb. Xarkovən isə təyyarə parçaları və insan qalıqları ekspertiza üçün Niderlanda aparılacaq.

Qeyd edək ki MH17 təyyarəsinin iyulda vurulması nəticəsində 298 adam həlak olub. Onların əksəriyyəti Niderland vətəndaşları idi. Hadisəni törətməkdə Rusiyanın dəstəklədiyi üsyançılar suçlansa da, onlar bunu inkar edir.

Niderland ekspertləri deyiblər ki, onlar təyyarə parçalarının hamısını bərpa etmək niyyətində deyillər - onlar üçün təkərlər, qanadlar və yanacaq bakları daha çox əhəmiyyət daşıyır, çünki şəxsiyyətləri hələ təyin olunmayan sərnişinlərin çoxu burada oturub.

Doqquz sərnişinin cəsədi hələ ki, tapılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm