Rusiya sanksiyalara görə ildə 40 milyard dollar itirir
Bizi izləyin

Dünya

Rusiya sanksiyalara görə ildə 40 milyard dollar itirir

Rusiya sanksiyalara görə, hər il təxminən 40 milyard dollar itirir.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov deyib.


Maliyyə naziri, həmçinin neftin 30 faiz ucuzlaşması nəticəsində büdcənin ildə 90-100 milyard dollar ziyana düşdüyünü də qeyd edib.

Bir qədər əvvəl Prezident Vladimir Putin Rusiyanın enerji daşıyıcılarının qiymətinin “fəlakətli” enişinə hazır olduğunu bildirmişdi.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvaya qarşı sanksiyaların gücləndiriləcəyi təqdirdə hökumətin mümkün ssenarilər üzərində işlədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm