ABŞ-da yeni zənci üsyanı: “Ədalət yoxdursa, sülh də yoxdur” - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-da yeni zənci üsyanı: “Ədalət yoxdursa, sülh də yoxdur” - FOTOLAR

ABŞ-ın Ferqüson şəhərində yenidən ara qarışıb.

Bu il avqustun 9-da polis şəhərdə qaradərili yeniyetməni güllələmişdi. Məhz bundan sonra Ferqüsonda iğtişaşlar başlamışdı və xeyli davam etmişdi. Yalnız yeniyetmə Maykl Braunu güllələyən polis işçisi Darren Uilson məhkəməyə veriləndən sonra iğtişaşlar səngimişdi.

Publika.az “CNN” agentliyinə istinadən xəbər verir ki, dünən axşam andlılar məhkəməsi Darren Uilson haqda qərar çıxarıb. Onlar ağdərili polis işçisinin tam qanunla hərəkət etdiyi və buna görə günahsız olduğunu bildiriblər.

Şəhərin qaradərili əhalisi məhkəmənin qərarından məyus olub. Ferqüsonda yenidən iğtişaşlar başlayıb. “Ədalət yoxdursa, sülh də yoxdur” qışqıran kütlə polis avtomobillərini daş və butulka atəşinə tutub.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İğtişaşlar zamanı bəzi ticarət obyektləri və dükanlar da qarət olunub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm