7 saat atışdı, 25 terrorçunu öldürdü: qadın qətlə yetirilən oğlunun qisasını aldı
Bizi izləyin

Dünya

7 saat atışdı, 25 terrorçunu öldürdü: qadın qətlə yetirilən oğlunun qisasını aldı

Əfqanıstan vətəndaşı olan qadın öldürülmüş oğlunun qisasını almaq üçün “Taliban” hərəkatının, ən azı, 25 üzvünü güllələyib.

Publika.az-ın “Khaama Press”ə istinadən verdiyi məlumata görə, hadisə Fərah əyalətində baş verib. Öldürülən gənc polisdə xidmət edib. Onu keçid buraxılış məntəqələrindən birində anasının gözü qarşısında qətlə yetiriblər.

Qadın bundan sonra qızı və gəlini ilə birgə keçid-buraxılış məntəqəsindəki silahları götürərək, “Taliban” üzvləri ilə döyüşə girib. 7 saatdan çox davam edən atışma zamanı “Taliban”ın 25 üzvü öldürülüb, daha 5 terrorçu ağır yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Sadiq Sadiqi bildirib ki, qadınlar tərəfindən “Taliban”a qarşı təşkil edilən silahlı müqavimət “cəmiyyətin terrorçulara qarşı üsyanının və inqilabın” simvoludur.

“Taliban” hərəkatının nümayəndələri hadisə ilə bağlı açıqlama verməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm