Parlamentdə ŞOK qanun layihəsi - "Molotof kokteyli atan güllələnəcək"
Bizi izləyin

Dünya

Parlamentdə ŞOK qanun layihəsi - "Molotof kokteyli atan güllələnəcək"

Valilər, jandarm və təhlükəsizlik qüvvələrinə yeni səlahiyyətlər verən “Daxili təhlükəsizlik islahat paketi” Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bundan sonra polis “Molotov kokteyli” (kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka) istifadə edənlərə qarşı silah işlədə biləcək.

Valilər isə cinayətkarların tapılması üçün təhlükəsizlik güclərinə birbaşa əmr verə biləcək. Ümumilikdə, qanun layihəsində yer alan tənzimləmələr aşağıdakılardır:

- Mülki rəhbərlər, məsələn vali cinayətkarların tapılması üçün təhlükəsizlik güclərinə birbaşa əmr verə biləcək. Küçəyə çıxma qadağası kimi qərarlara zidd davrananlara 3 aydan 1 ilə qədər həbs cəzası veriləcək.

- Şübhəli şəxsin axtarılması üçün valinin təhlükəsizlik rəhbərinə yazılı və şifahi əmri kifayət edəcək.

- Polis “Molotov kokteyli”, partlayıcı və bənzəri silahlarla hücum edənləri təsirsiz hala gətirmək üçün silahdan istifadə edə biləcək.

- Şübhəlilərin müəyyənləşdirilməsi üçün “TOMA”lar rəngli sudan istifadə edə biləcək.

- “Molotov kokteyli” və bənzər silahlarla silahlanaraq üzlərini tamamilə və ya qismən bağlayanlar 2,5 ildən 4 ilə qədər həbs cəzası alacaq.

- Narkotik maddə saxlayanlara veriləcək cəzanın müddəti 50 faiz artırılacaq.

- Valilər general və admirallar istisna olmaqla hərbçilərə cəza verə biləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm