Baydenin 2 günlük otel xərci...
Bizi izləyin

Dünya

Baydenin 2 günlük otel xərci...

Bir neçə gün əvvəl Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Jozef Baydenin 2 günlük otel xərci ölkədə böhrana səbəb olub.

Publika.az xəbər verir ki, ABŞ-ın mühafizəkar təbəqəsinə məxsus “Weekly Standart” jurnalı Baydenin İstanbulda qaldığı iki gün üçün 624 min 734 dollar ödənilməsinə etiraz edib.

Qəzet vitse-prezidentin yerləşdiyi “Hilton” otelinin 200 otağının tutulduğunu yazıb. Onun Türkiyəni tərk etməsindən sonra otel xərcini rəsmi internet səhifəsində dərc edən ABŞ Xarici İşlər Nazirliyi otel üçün xərclənən vəsaitin “normal” olduğunu bildirib. Nazirlik qeyd edib ki, vitse-prezidentin səfərindən öncə yerləşmə, nəqliyyat və təhlükəsizlik baxımından uyğun olan otellər araşdırılıb və bütün meyarlara uyğun yeganə otelin “Hilton” olduğuna dair qərar verilməsindən sonra otel bağlanılıb.

ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasına görə, “Kempinski Çırağan Palace”, “Grand Hyatt Taksim”, “Marriott Şişli”, “Four Seasons Bosphorus” otellərində səfər ərəfəsində lazım olan 200 boş otaq olmayıb. “Wyndham Grand Levent” və “Hilton Bomonti” otellərinin isə görüşlərin keçiriləcəyi yerlərdən uzaq olduğu bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm