Ukraynalı deputat: “Ukrayna Sibirin Rusiyadan alınması üçün Çinə kömək edəcək”
Bizi izləyin

Dünya

Ukraynalı deputat: “Ukrayna Sibirin Rusiyadan alınması üçün Çinə kömək edəcək”

Ukrayna Sibirin Rusiyadan alınması üçün Çinə kömək edəcək.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, belə bir iddia ilə “Donbas” batalyonunun komandiri, “Qarşılıqlı yardım” Partiyasından olan deputat Semyon Semençenko ölkə telekanallardan birinin efirində çıxış edib.

“Rusiya vətəndaşlarına demək istəyirəm, qoy yadda saxlasınlar. Biz Sibirin federasiya halına salınması üçün mübarizə aparan qruplara mütləq kömək göstərəcəyik. Sibir Xalq Respublikası mümkündür ki, Ukraynanın gələcək strateji partnyoru olsun”, - Semençenko deyib.

Onun sözlərinə görə, Rusiyanın Krımda etdiklərini Çin Uzaq Şərqdə edə bilər.

“Yeri gəlmişkən, “Çin dünyası" haqqında referendum keçirmək lazımdır”, - verilişdə iştirak edən “Dnepr-1" batalyonunun komandiri, Ukrayna parlamentinin deputatı Yuri Bereza deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm