Koalisiya öldürdü, cəsədləri peşmərgələrin əlinə keçdi
Bizi izləyin

Dünya

Koalisiya öldürdü, cəsədləri peşmərgələrin əlinə keçdi

Suriyanın Kobani bölgəsində koalisiya təyyarələrinin vurduğu İŞİD silahlılarının cəsədləri Peşmərgənin əlinə keçib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dünənki qarşıdurmalarda öldürülən 25 İŞİD-çinin cəsədi kürd güclərinin əlindədir.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya döyüş təyyarələri bu səhər İŞİD-in Rojava şəhərindəki mövqelərinə iki hava hücumu təşkil edib.

Kobanidəki Peşmərgə güclərinin komandiri Əhməd Gərdi dünən axşam İŞİD-ə hücum etdiyini və 400-500 metr irəlilədiklərini söyləyib. O, Kobaniyə gəldikləri tarixdən indiyə kimi 12 peşmərgənin yaralandığını deyib.

Hazırda Kürd Xalq Müdafiə Birlikləri (YPG), Peşmərgə Gücləri, Azad Suriya Ordusuna bağlı birliklər və könüllü kürd döyüşçüləri Kobani bölgəsində İŞİD-ə qarşı döyüşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm