Kremlə növbəti tələb: “Krım qaytarılmalı və yalan təbliğata son qoymalıdır”
Bizi izləyin

Dünya

Kremlə növbəti tələb: “Krım qaytarılmalı və yalan təbliğata son qoymalıdır”

NATO Parlament Assambleyası Ukrayna münaqişəsi ilə bağlı qətnamə qəbul edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilat Rusiyanın qanunsuz yolla zəbt edilmiş Krımı qaytarmağa, separatçıları təslim olmağa və girovları azad etməyə, tərəfləri Minsk razılıqlarına riayət etməyə çağırıb.

NATO üzv ölkələrini Ukraynaya dəstək haqqında öz öhdəliklərinə tərəfdar olmağa, Donbas hövzəsində münaqişənin dondurulmasına imkan verməməyə və Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırır. Qətnamədə qeyd olunur ki, hərbi alyans üzvləri Krımın zəbt edilməsini heç vaxt tanımayacaq.

Qətnamədə həmçinin ittifaqın şərq sərhədlərində müdafiə qabiliyyətinin gücləndirməsi və Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkən müttəfiqlərə dəstəyin artırılmasının vacibliyi qeyd olunub. Qətnamədə bildirilir ki, Rusiyanın yalan informasiyalarına qarşı mübarizə aparılmalı, Rusiya neft və təbii qazından asılılıq azaldılmalı və ittifaqın genişlənməsinin prosesi davam etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm