İŞİD girovların azad edilməsindən nə qədər qazanıb? – Şok rəqəm
Bizi izləyin

Dünya

İŞİD girovların azad edilməsindən nə qədər qazanıb? – Şok rəqəm

“İslam Dövləti” (İŞİD) terror qruplaşması son bir ildə girovların azad olunması əvəzində təxminən 35-45 milyon dollar alıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının komitə iclasında "Əl-Qaidə" terror təşkilatı barəsində sanksiyalar üzrə BMT-nin eksperti Yotsna Laldji bildirib.

Onun sözlərinə görə, 2004-2012-ci illərdə “Əl-Qaidə” terror təşkilatı girovların azad olunması qarşılığında təxminən 120 milyon dollar alıb. Laldji vurğulayıb ki, son illər ərzində insan oğurluğundan pulun qazanılması “Əl-Qaidə” və digər radikal qruplaşmaların əsas qazanc mənbələrindən birinə çevrilib.

Laldji dəqiqləşdirib ki, 2011-2013-cü illərdə “Əl-Qaidə”nin Yəmən qruplaşması girovların azad edilməsindən 20 milyon, təşkilatın Şimali Afrikadakı qolu “Əl-Qaidə Məqrib ölkələrində” qruplaşması isə 75 milyon dollar qazanıb.

Ekspert həmçinin “Abu-Sayyaf” (Filippin) və "Boko Haram" (Higeriya) qruplaşmalarını da məruzəsinə daxil edib. Həmin təşkilatların oğurlanmış girovların azad olunmasından bir neçə milyon dollar qazandığı bildirilir.

Xatırladaq ki, İŞİD özünün şəxsi valyutasını dövriyyəyə buraxmaq istədiyini bəyan edib. İŞİD-in şəxsi valyutasının qızıl və gümüşdən, adının isə dinar olacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm