Kamal Kılıcdaroğluya şok ittihamlar: Baykala qarşı “kaset əməliyyatı”nda...
Bizi izləyin

Dünya

Kamal Kılıcdaroğluya şok ittihamlar: Baykala qarşı “kaset əməliyyatı”nda...

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş millət vəkili Şahin Mengü “Kanal A” kanalına telefon ilə bağlantısı zamanı CHP sədri Kamal Kılıcdaroğlu ilə bağlı şok bir iddia səsləndirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçmiş millət vəkili “Milli İstihbarat Təşkilatı CHP-ni izləyir” deyən K.Kılıcdaroğlunun iddialarını da şərh edib.

“Kılıçdaroğlunun "milliçi" deyə danışdığı təbəqə CHP-nin ana gövdəsidir. Milliçilər bu ölkənin və millətin bölünməzliyinə, cümhuriyyətin təməl dəyərlərinə sahib çıxan insanlardır. Bunların MİT və ya da başqa kəşfiyyat təşkilatları ilə heç bir işi olmaz. Bu günə qədər CHP-də heç kim bu ittihamlarla qarşılaşmadı”, - Ş.Mengü bildirib.

Onun sözlərinə görə, Kılıçdaroğlu partiyanın sədri olana kimi heç kim kürdlük və şiəlikdən danışmırdı: “Hörmətli Kılıçdaroğlunun sayəsində bunlardan danışılmağa başlandı. Kimin ağılına gələrdi ki, partiya kürd və ya şiə partiyası olsun”.

CHP-li keçmiş millət vəkilinin sözlərinə görə, Kılıçdaroğlunun bu şərhləri bəzi məsələlərin qarşısını almaq məqsədi daşıya bilər: “Məsələn, Baykala qarşı təşkil edilən kaset əməliyyatının arxasında kimlərin olduğu ortaya çıxa bilər. Bu adlar ortaya çıxarsa, Kılıçdaroğlu bundan narahat ola bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm