İngilis polisi hər yerdə axtarırdı, Kobanidə ortaya çıxdı
Bizi izləyin

Dünya

İngilis polisi hər yerdə axtarırdı, Kobanidə ortaya çıxdı

İngiltərə polisi 17 yaşındakı kürd qızı Silhan Özçeliki oktyabr ayından bu yana itkin hesab edərək hər yerdə axtarıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dünən qızın Kobanidə olduğu bəlli olub.

Silhan Özçelikin İŞİD-ə qarşı döyüşmək üçün Türkiyə üzərindən Kobaniyə keçdiyi iddia olunur. Kürd qızın Kobanidə olması isə dünən xarici mətbuatda dərc olunan bir görüntüdən sonra üzə çıxıb.

Özçelikin ailəsi isə qızın Suriyaya döyüşmək üçün deyil, humanitar yardımda iştirak etmək üçün getdiyini bildirir.

İngilis polisi isə hadisə ilə əlaqədar bir nəfəri saxlayıb. Onun kürd qızın Suriyaya getməsinə kömək etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm