• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qalmaqal yaradan sayt bağlandı

  • Dünya
  • 25 Noyabr 2014 19:04
  • 578 Baxış
Qalmaqal yaradan sayt bağlandı

Dünyanın müxtəlif yerlərindən minlərlə təhlükəsizlik kamerasının çəkdiyi görüntüləri canlı yayımlayan “Insecam” saytı bağlanıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə qərar saytın rəhbərliyi tərəfindən qəbul edilib.

Xatırladaq ki, saytın qanunsuz əməli Böyük Britaniyada videokameraların idarə sistemlərinin qırılmasından sonra üzə çıxıb. Məlumata görə, yataq otaqları, bağlar və bütün ölkə üzrə binaların blokları və yüzlərlə obyekt rus saytı vasitəsilə nümayiş olunub. Britaniyada da rusdilli "canilər”dən şübhələnirdi. Birləşmiş krallığın komissarı Kristofer Qremin məlumatına görə, Rusiya hakimiyyətindən saytın dərhal bağlanmasını tələb edib.

Məlumatların müdafiəsi üzrə Britaniya təşkilatı olan “Information Commissioner's Office”nin nümayəndələrinin sözlərinə görə, sayt yalnız insanların evlərində olan real hadisələri göstərmir, həmçinin videokameranın coğrafi koordinatları və evin poçt indeksini göstərirdi: “Bu soyğunçular üçün potensial bələdçidir. Soyğunçulara demək istəyirlər ki, filan evin sahibi evdə yoxdur".

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR