“WikiLeaks”da yeni qalmaqal: ABŞ və Rusiya müxalifəti Putini necə devirmək istəyib?
Bizi izləyin

Dünya

“WikiLeaks”da yeni qalmaqal: ABŞ və Rusiya müxalifəti Putini necə devirmək istəyib?

Məşhur “WikiLeaks” saytı ABŞ-ın Rusiyadakı səfiri Con Bayerlinin məxfi teleqramlarını dərc edib.

Publika.az “novorosinform.org” saytına istinadən xəbər verir ki, məxfi teleqramlarda Rusiya müxalifətinin ABŞ-dan xahişləri yer alıb.

Qeyd olunur ki, "Putinin devrilməsi" üçün fövqəladə vəziyyət tələb olunub.

Rusiya saytı yazır ki, Kremllə “razılaşmayanlar”ın Amerika siyasətçiləri ilə daim görüşməsi heç kimə sirr deyil: “Xüsusi olaraq Boris Nemtsovun adını çəkmək olar. Onun ABŞ səfirliyində tez-tez qəbul edirlər. ABŞ-ın Rusiyadakı səfiri Con Bayerli hər belə görüş barədə məxfi teleqramlarla hesabat verir. Ancaq “WikiLeaks” dövründə məxfiliyi saxlamaq çətindir. “MOSCOW 000304” nömrəsinin altında yazılan teleqramda 14 yanvar 2010-cu ildə Rusiya hüquq müdafiəçilər ilə ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya departamentinin direktoru Maykl Makfol ilə görüşündən danışılır. İnsan Hüquqları və Demokratiya Mərkəzindən Yuri Cıbladze insan hüquqları sahəsində Rusiyanın işlərinə müdaxiləni artırmağı xahiş edir və hətta hansısa güzəştlərin alınması üçün Moskvaya təsir etməyi təklif edir. Cıbladze hesab edir ki, ABŞ Rusiyaya yönəlik tənqidini gücləndirməlidir”.

“Qavkazskiy üzel” internet-saytın redaktoru Qriqoriy Şvedov amerikalılardan qeyri-hökumət təşkilatları ilə daha sıx işləməyi xahiş edir. Digər hüquq müdafiəçiləri Leva Ponomaryov və Lyudmila Alekseyev Rusiyanın Şimali Qafqaz respublikalarının liderləri ilə əlaqələri qaydaya salmağı, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun təcrid edilməsini məsləhət görüb.

ABŞ səfiri 19 yanvar 2010-cu il tarixli “MOSCOW 000305” nömrəsi altındakı növbəti teleqramında Rusiya müxalifətçiləri ilə Makfolun yeni görüşündən danışır. Müxalifət liderləri Boris Nemtsov, Vladimir Milov, Qriqoriya Bovta və Vladimir Rıjkovun iştirak etdiyi görüşdə razılıq əldə olunub ki, yaxın iki il ərzində müxalifətin əsas hədəfi Vladimir Putinin prezident postuna qayıdışının qarşısının alınması olmalıdır.

“Amma Q.Bovtanın sözlərinə görə, Rusiyada vətəndaş cəmiyyəti hazırda yatır və çətin ki, indiki rejimə fəal müqavimət göstərsin. V.Rıjkov fövqəladə vəziyyət və qlobal sarsıntıya ehtiyac olduğunu bildirib. O, hesab edir ki, əks təqdirdə Rusiyanın sistemsiz müxalifət ən kiçik şansa belə malik deyil. Rıjkovun sözlərinə görə, Rusiya vətəndaşlarının əksəriyyəti mövcud vəziyyətdən razıdır", - məxfi teleqramda deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm