• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Putinin illik mətbuat konfransının vaxtı açıqlandı

  • Dünya
  • 25 Noyabr 2014 23:53
  • 250 Baxış
Putinin illik mətbuat konfransının vaxtı açıqlandı

Rusiya prezidenti Vladimir Putin 18 dekabrda Moskva vaxtı ilə saat 12:00-da illik mətbuat konfransını keçirəcək.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Kremlin saytında dərc edilmiş xəbərdə deyilir.

Tədbirin yeri daha sonra elan ediləcək. Ancaq Putinin ənənəvi illik mətbuat konfransları Kremlin 14-cü korpusunda keçirilir. Jurnalistlərin akkreditasiyası üçün müraciətlər 5 dekabra qədər qəbul ediləcək.

Builki illik mətbuat konfransı Putin üçün yubiley – onuncu olacaq. İlk bu cür mətbuat konfransı 2001-ci ildə keçirilib. Ən uzun mətbuat konfransı isə 2008-ci ildə olub: 4 saat 40 dəqiqə.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR