• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiyanın 800 hərbçisi və 22 hərbi texnikası Ukraynaya daxil oldu

  • Dünya
  • 25 Noyabr 2014 22:29
  • 556 Baxış
Rusiyanın 800 hərbçisi və 22 hərbi texnikası Ukraynaya daxil oldu

Ukraynaya Rusiyanın ərazisindən son bir həftə ərzində 22 vahid hərbi texnika və Rusiya Federasiyasının 800 hərbi qulluqçusu daxil olub.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi Yevgeni Perebiynis bildirib.

Onun sözlərinə görə, noyabrın 17-dən 23-dək Rusiyadan Ukraynanın ərazisinə iki hərbi kolon daxil olub. Y.Perebiynis “Metallist-Sçaste” yolu ilə hərbi texnikanın 6, Luqansk istiqamətinə isə 16 vahid hərbi texnikanın hərəkətinin qeydə alındığını deyib.

Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi həmçinin qeyd edib ki, Uqleqorsk rayonuna Rusiya Federasiyası Silahlı Qüvvələrinin dəniz piyada qoşununun 500 hərbçisi gəlib. Dəniz piyada qoşununun daha 300 hərbçisi isə Telmanov, Novoazovsk, Samsonovo, Şirokino və Bezımyannoe rayonlarında yerləşdirilib.

Ukraynanın Xarici İşlər Nazirliyi isə məlumat açıqlayıb ki, Ukrayna ilə sərhədyanı ərazilərdə Rusiya hərbi texnikası və canlı qüvvə qalmaqda davam edir. Millerovo rayonu ərazisində isə hərbi düşərgənin qeydə alındığını bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR