Türk gəmisi Krit adasında: yunan hərbi gəmiləri hərəkətə keçdi
Bizi izləyin

Dünya

Türk gəmisi Krit adasında: yunan hərbi gəmiləri hərəkətə keçdi

Türkiyəyə məxsus "Sülh" adlı yük gəmisi 700 miqrantla Krit adasında xarab olub.

Axar.az xəbər verir ki, gəmidə olan miqrantlarda Ebola virusu olması barədə iddia Yunanıstan qurumlarını ayağa qaldırıb.

Yunanıstanda fəaliyyət göstərən www.flashnews.gr internet saytının xəbərinə görə, aralarında qadın və uşaqların da olduğu təxminən 700 qaçağı daşıyan "Sülh" adlı Türkiyə gəmisi Krit adasının cənub-şərqində xarab olub. Mexaniki problemin olduğu bildirilən 75 metr uzunluğundakı gəmi fırtına səbəbi ilə sahilə yaxın əraziyə yönəlib.

Bölgəyə hərbi gəmilər cəlb edilib. Məsələ ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə iclası keçirilir və xilasetmə əməliyyatı üçün hazırlıqlara başlanıldığı qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm