Misirdə Fironun dövrünə aid qəbir tapılıb
Bizi izləyin

Dünya

Misirdə Fironun dövrünə aid qəbir tapılıb

2008-ci ildən Miriam Sekonun rəhbərliyi altında Luksorda firon III Tutmosun sərdabəsinin qazıntısında çalışan İspaniya arxeoloqları dağıdılmamış qadın qəbri tapıblar.

Xəbər verilir ki, qədim qarətçilər qayanın dağılması səbəbindən sərdabəyə gedib çıxa bilməyiblər. Daşı qaldırdıqdan sonra alimlər taxta sarkofaq, onun içərisində isə gənc qadının əzilmiş mumiyasını aşkar ediblər. Qadının bəzək əşyaları - yarımqiymətli daşlardan və qızıl lövhələrdən boyunbağı və qızıl kulon, topuqlarındakı gümüş halqalar və qızıl məftildən düzəldilmiş bilərziklər onun yüksək təbəqəyə mənsub olduğunu göstərir.

Qəbir firon III Tutmosun sərdabəsinin yaxınlığında yerləşən nekropoldan tapılıb. O, orta şahlıq dövrünə - e. ə. III-II minilliyə aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm