ABŞ yanır - VİDEO, FOTO
Bizi izləyin

Dünya

ABŞ yanır - VİDEO, FOTO

ABŞ-ın Ferquson şəhərində son ayların ən böyük iğtişaşları yaşanır.

Publika.az xəbər verir ki, Maykl Braun adlı məktəblini qətlə yetirilmiş polis zabiti azadlıqğa buraxıldqdan sonra ötən gündən başlanan etiraz aksiyası bu gün də davam etdirilib.

Aksiya iştirakçıları 10-dan çox ticarət mərkəzinə, polis maşınlarına od vurublar. Polis etirazçıları dağıtmaq üçün tüstü və bibər qazından istifadə edib. Məhəllədə fasilələrlə davam edən atəş səsləri eşidilib.

Etirazlar Amerikanın digər şəhərlərini də bürüyüb. Nyu-Yorkun Tayms meydanında etirazçılar “polis zülmü” yazılı plakatlar gəzdirərək, polis zorakılığına qarşı mitinqlərdə populyarlaşan “Əllərim yuxarıdır, atəş açma!” şüarını səsləndiriblər.

Okland və Çikaqo şəhərlərində etirazçılar avto-magistrallarda toplaşıb və əllərini yuxarı qaldıraraq maşınların qarşısını kəsiblər. Etirazçılardan ibarət kiçik bir qrupsa Ağ Evin önündə toplaşıb.

Qətlə yetirilmiş gəncin ailə üzbləri aksiya iştirakçılarına müraciət edərək, onlardan dağılışmağı xahiş edib.

Ağ Evin yaydığı bəyanatda prezident Barak Obama bəzi insanların bu qərardan dərin məyusluq hissi keçirdiklərini bildiyini etiraf edib, lakin etirazçıları sakitliyə çağırıb.

Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı xəsarət alan olmasa da, 30-a yaxən etirazçı saxlanılıb.

video

video

Oxumağa davam et
Reklam
Reklam

Gündəm