Honkonqda etirazçıların liderləri həbs edilib
Bizi izləyin

Dünya

Honkonqda etirazçıların liderləri həbs edilib

Honkonqda tələbə etirazçıların lideri Coşua Vonq və onun silahdaşı Lester Şum həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdəki informasiyaya istinadən “Röyters” xəbər agentliyi bildirir.

“South China Morning Post” qəzetinin məlumatına görə, hüquq mühafizə orqanları etirazçılardan 116 nəfərini saxlayıb. Nəşr yazır ki, küçələrin etirazçılardan təmizlənməsi və barrikadaların ləğv edilməsi əməliyyatına 7 min polis cəlb edilib. Hakimiyyət əsas küçələrdən olan Nathan Roadı təmizləmək və hərəkəti bərpa etmək niyyətindədir.

Qeyd edək ki, Honkonqda nümayişlər 26 sentyabrda başlanıb. Şəhərin küçələrinə təxminən 80 min insan çıxıb. Etirazçıların əsas tələbi yerli hakimiyyət orqanlarının müstəqil seçilməsi idi. Pekin güzəştə getməyə razılaşıb və söz veriblər ki, Honkonq 2017-ci ildə belə bir səlahiyyətə malik olacaq. Amma Pekin, eyni zamanda, şərt irəli sürüb ki, bütün namizədlər Çin tərəfindən əvvəlcədən bəyəniləcək.

Bu şərt isə etirazların daha da artmasına gətirib çıxarıb. Etirazçılar həmçinin Honkonq hökumət başçısı Lyan Çjeninanın istefasını tələb edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm