• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyanın Ukraynanı işğal planı - ŞOK XƏRİTƏ

  • Dünya
  • 26 Noyabr 2014 12:36
  • 800 Baxış
Rusiyanın Ukraynanı işğal planı - ŞOK XƏRİTƏ

Rəsmi Kiyev və Qərb Ukraynanın şərqində gedən proseslərin tərəfləri yeni müharibəyə aparacağı barədə siqnalları getdikcə artır. Həm Ukraynanın dövlət orqanları, həm də NATO, ATƏT və digər beynəlxalq təşkilatlar Rusiyanın, demək olar ki, hər gün separatçıların nəzarət etdiyi ərazilərə yeni hərbi qüvvələr göndərdiyi, həmçinin Ukrayna ilə sərhəddə hərbi gücünü artırdığı barədə bəyanatlar verir.

Publika.az-ın məlumatına görə, son informasiyanı dünən Ukrayna Daxili İşlər Nazirliyi açıqladı. Nazirliyin məlumatında deyilir ki, Ukraynaya Rusiyanın ərazisindən son bir həftə ərzində 22 vahid hərbi texnika və Rusiya Federasiyasının 800 hərbi qulluqçusu daxil olub. Məlumata görə, noyabrın 17-dən 23-dək Rusiyadan Ukraynanın ərazisinə iki hərbi kolon daxil olub. “Metallist-Sçaste” yolu ilə 6 hərbi texnikanın, Luqansk istiqamətinə isə 16 vahid hərbi texnikanın hərəkətinin qeydə alındığı deyilir. Uqleqorsk rayonuna Rusiya Federasiyası Silahlı Qüvvələrinin dəniz piyada qoşununun 500 hərbçisi gəlib. Dəniz piyada qoşununun daha 300 hərbçisi isə Telmanov, Novoazovsk, Samsonovo, Şirokino və Bezımyannoe rayonlarında yerləşdirilib.

Moskvanın bütün bu iddiaları rədd etməsinə baxmayaraq, dünən Ukraynanın “censor.net.ua” saytı kəşfiyyat məlumatlarını dərc edib. Kəşfiyyat məlumatlarında Krım, separatçıların nəzarətində olan ərazilərdə, həmçinin Rostov vilayətində Rusiya Federasiyası hərbi bölmələrinin dəqiq yeri, hərbi texnika və canlı qüvvənin sayı barədə informasiyalar yer alıb.

“Müdaxilə qoşunlarının tərkibinə daxil olan hərbi hissələrin dəqiq nömrələri göstərilib. Bu informasiya kəşfiyyat və analitiklərin hesabatları ilə təsdiq edilir", - Ukrayna saytı qeyd edir.

Kəşfiyyatın məruzəsinə əsasən, Donbas hövzəsində Rusiyanın ən azı 35 zenit kompleksi var. Qeyd edilir ki, Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) 10 kəşfiyyat mərkəzi hazırda Ukraynaya qarşı işləyir. Donbas hövzəsindəki müharibəyə isə Federal Təhlükəsizlik Xidmətinin ən azı 8 bölməsi cəlb edilib.

Saytın yazdığına görə, QRU-nun Ukraynada işləyən kəşfiyyat mərkəzləri aşağıdakılardır:

- Moskva kəşfiyyat mərkəzi (hərbi hissə 46188), daimi qərargahı Moskva şəhərinin Sokolniki mikrorayondadır.

- Moskva kəşfiyyat mərkəzinin (46188-II hərbi hissəsi) 2-ci operativ bölməsi, Rusiya Müdafiə Nazirliyinin Kursk elmi tədqiqat institutunun ərazisində (Blinov küçəsi, 23) yerləşir. Bölmənin operativ missiyası Ukraynanın şimal ərazilərində kəşfiyyat işinin həyata keçirilməsidir.

- Moskva kəşfiyyat mərkəzinin (hərbi hissə 46188-ІІІ) 3-cü operativ bölməsi, Voronej aviasiya universitetinin təlim bazasının ərazisində (Matrosov küçəsi, 4) yerləşir. Bölmənin operativ missiyası Ukraynanın mərkəzi ərazilərində kəşfiyyat işinin həyata keçirilməsidir.

- Moskva kəşfiyyat mərkəzinin (hərbi hissə 46188 - IV) 4-cü operativ bölməsi, Tver şəhərində (Bobkov küçəsi, 29) yerləşir.

- 78-ci Kəşfiyyat mərkəzi (hərbi hissə 35555), Cənub hərbi dairəsinin Rostov-Dondakı 175-ci nəzarət briqadasının 4 saylı hərbi bazasının ərazisində yerləşir.

- 78-ci Kəşfiyyat Mərkəzinin 1-ci ayrı operativ qrupu, Krımda Rusiya hərbi bazalarının himayəsi altındadır.

- 78-ci Kəşfiyyat briqadasının 2-ci ayrı operativ qrupu, yerli hərbi bazanın himayəsi altında Soçidə mənzillərə yerləşdirilib.

- 78-ci Kəşfiyyat briqadasının 3-cü ayrı operativ qrupu, Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazasının ərazisində yerləşir.

- Krasnodar Kəşfiyyat mərkəzi (hərbi hissə 62986), keçmiş Krasnodar hərbi akademiyasının ərazisində yerləşir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin aşağıdakı hissələri isə Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edirlər:

- Federal Təhlükəsizlik Xidmətinin Ukrayna ilə sərhəd vilayətlərinin regional administrasiyaları.

- Dövlət Sərhəd Xidmətinin (Rostov, Belqorod, Kursk və Bryansk vilayətləri) operativ-axtarış hissələri.

- Dnestryanı ərazidə yerləşən Rusiya korpusunun hərbi əks-kəşfiyyatın hissələri.

- "Alfa" və "Vımpel" xüsusi bölmələri.

- Federal Təhlükəsizlik Xidmətinin gizli strukturları.

Məlumatda həmçinin Rusiya xarici kəşfiyyatın xidmətinin rolu qeyd edilir. Rusiya xarici kəşfiyyat ”Ukraynadakı rusdilli əhalinin" maraqlarının müdafiəsi üçün psixoloji müharibə aparır, bunun üçün isə xüsusi olaraq sözügedən missiyaya cəlb olunan xəbər agentlikləri, telekanallar, internet-resurslar, həmçinin nəşriyyatlardan istifadə edilir.

Rusiya xarici kəşfiyyat xidməti həmçinin dini sahədə kəşfiyyat güclərini yönəldir. Onlar Ukraynanın təsir altında saxlanılması üçün dini amildən istifadə etməyi planlaşdırırlar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR