Toni Bler: “Bu, Rusiyada məşhurdur və Putinin stilidir”
Bizi izləyin

Dünya

Toni Bler: “Bu, Rusiyada məşhurdur və Putinin stilidir”

Böyük Britaniyanın sabiq baş naziri Toni Bler “The Wall Street Journal”a müsahibə verib.

Publika.az xəbər verir ki, sabiq baş nazir İsrail və Fələstin arasındakı münaqişə, Britaniyanın Avropa Birliyindən çıxması ehtimalı, həmçinin Rusiya prezidenti Vladimir Putin və Rusiya-Qərb qarşıdurması barədə fikirlərini bildirib.

Toni Bler hesab edir ki, İsrail-Fələstin münasibətlərində olduqca “qeyri-stabil" vəziyyət yaranıb. Onun sözlərinə görə, hazırda hədəflərə nail olmaq çox çətindir.

Putinin rus millətçisi olduğunu və güclənmiş Rusiyaya inandığını deyən keçmiş baş nazir hesab edir ki, daxili islahatlarla, həmçinin müasir dünyaya qoşulmaqla Rusiyanı daha güclü etmək mümkündür. “Millətçilik Rusiyada məşhurdur və bu, Putinin stilidir. Zamanla Putində belə bir təəssürat yarandı ki, Amerika başda olmaqla Qərb Rusiya maraqlarına qarşı hərəkət edir. Fikrimcə, biz Rusiya ilə münasibətlərdə ehtiyatlı olmalıyıq”, - Bler deyib.

Bler hesab edir ki, Qərb Ukrayna məsələsində sərt və dəqiq mövqe tutmalıdır. O, əlavə edib ki, Qərb Rusiyanın Yaxın Şərq də daxil olmaqla bəzi regionlarda problemlərin həllində güclü oyunçu olaraq qaldığını dərk etməlidir.

Sabiq baş nazirin sözlərinə görə, bəzi beynəlxalq problemlər inanılmaz dərəcədə mürəkkəbdir: “Bu problemlərdə Rusiya və Qərbin ümumi maraqları olmadığından, ciddi fikir ayrılıqları var. Amma bəzi beynəlxalq problem üzrə əməkdaşlıq etmək mümkündür. Xüsusən, İslam ekstremizmini təhlükəsizliyimiz üçün ən böyük və uzunmüddətli təhlükə hesab edirəm. Burada yalnız Rusiya və Qərb deyil, Çin, Hindistan və başqa ölkələrin maraqları üst-üstə düşür”.

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına gəlincə, Bler qeyd edir ki, bu, qəza olardı. Sabiq baş nazirin fikrincə, Britaniyanın Avropa Birliyindən çıxışı dünyada qeyri-adi olaraq öz-özünü məhv etmə kimi qəbul ediləcək: “Bütün baza razılaşmaları haqqında illərlə çətin danışıqlar aparmaq lazım gələcək. Nəticədə isə iqtisadiyyatda güclü qeyri-müəyyənlik yaranacaq”.

Blerin sözlərinə görə, insanların azad hərəkəti Avropa Birliyi ölkələri arasında razılaşmaların əsas prinsiplərindən biridir. O həmçinin hesab edir ki, Şərqi Avropadan gəlmələr Böyük Britaniyanın gəlirlərinin səviyyəsinə müsbət təsir edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm