• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-da etiraz aksiyası genişlənir, işə FTB qarışdı

  • Dünya
  • 26 Noyabr 2014 16:57
  • 1 119 Baxış
ABŞ-da etiraz aksiyası genişlənir, işə FTB qarışdı

Missuri ştatındakı etiraz aksiyaları daha şiddətli xarakter alıb.

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) iki agenti ağır yaralanıb.

Publika.az Reuters-ə istinadən məlumat verir ki, hadisə Missuri ştatındakı Ferguson şəhərində baş verib. Belə ki, FTB agentləri barrikada qurulmuş evin bir neçə kilometrliyində əməliyyat zamanı yaralanıblar.

Bildirilir ki, yerli vaxtla saat 3:15 radələrində əməliyyat keçirmək üçün hadisə yerinə gələn xüsusi xidmət orqanının əməkdaşlarına naməlum şəxs odlu silahdan atəş açmağa başlayıb. FTB agentlərinə hücum etmiş şəxsin kimliyi hələ ki açıqlanmayıb.

Məsələ ilə bağlı USA Today-in hüquq-mühayizə orqanlarına istinadən yaydığı informasiyada isə qeyd olunur ki, Federal Təhqiqat Bürosunun agentlərinin həyatlarına heç bir təhlükə yoxdur. Hazırda baş vermiş insidentin FTB-nin keçirdiyi əmliyyatla bağlı olub-olmaması aydınlaşdırılır.

Nəzərinizə çatdıraq ki, bu ilin avqust ayında ABŞ-ın Missuri ştatındakı Ferguson şəhərində polis qüvvələri tərəfindən 18 yaşlı zənci yeniyetmə öldürülüb. Ferguson şəhərinin polisi isə zənci yeniyetmə Maykl Braunun qətlə yetirilməsindən bir həftə sonra onu ağdərili bir zabit tərəfindən öldürülməsindən bir neçə dəqiqə qabaq bir qutu siqaret oğurlamaqda şübhəli bilib.

Bu məsələ Missuri ştatında yerləşən Sent-Luis və Ferguson şəhərlərində rasizmə qarşı etiraz və aksiyaların baş verməsinə səbəb olub. Noyabrın 24-də isə məhkəmə gənci qətlə yetirmiş polis əməkdaşını təqsirli bilmədiyi üçün adıçəkilən şəhərdə izdihamlı etiraz aksiyaları başlayıb. Nəticədə ABŞ-ın ümumilikdə 170 şəhərində etirazlara start verilib. Onlarla avtomobil, restoran, maqazin və kafe yandırılıb.

Son 2 gün ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyalarda iştirak etmiş 100-dən çox şəxsi həbs edib. Bütün bunlar onu göstərir ki, Missuri ştatındakı etiraz aksiyalara daha şiddətli xarakter alıb.


Valeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR