Gürcüstan XİN Bakıya qarşı hazırlanan layihədən danışdı
Bizi izləyin

Dünya

Gürcüstan XİN Bakıya qarşı hazırlanan layihədən danışdı

Gürcüstan Rusiya ilə Abxaziya ərazisindən keçməklə yeni dəmiryolunun çəkilməsi haqqında danışıqlar aparmır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri Tamara Beruçaşvili çıxış edib.

O, Rusiya ilə bu tip danışıqların yalnız Gürcüstanın dövlət maraqlarına cavab verəcəyi halda aparıla biləcəyini söyləyib.

Qeyd edək ki, noyabrın 24-də Putin Rusiya və Abxaziyanın ümumi razılıq əsasında Suxumi-Tiflis-İrəvan tranzit dəmiryolunu həyata keçirə biləcəyini söyləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm