Pyotr Poroşenko biznesi böyüdərək ukraynalıları aldadır – İDDİA
Bizi izləyin

Dünya

Pyotr Poroşenko biznesi böyüdərək ukraynalıları aldadır – İDDİA

Ukrayna prezidenti Pyotr Poroşenko Vinnitsa vilayətində “Roshen” şirniyyat məmulatlarını istehsal edəcək fabrik açacaq.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Vinnitsa şəhər şurasının iqtisadiyyat və investisiyalar departamentinin rəhbəri Qalina Yaquboviç bildirib.

Onun sözlərinə görə, fabrikdə 600 nəfər işlə təmin olunacaq. Fabrik 2017-ci ildən gec olmayaraq istifadəyə verilməlidir. Yeni müəssisə dövlət başçısına 300 milyon qrivnaya (təxminən 24 milyon dollar) başa gələcək.

Qeyd edək ki, P.Poroşenko prezident seçilməsindən sonra sahibi olduğu “Roshen” şirkətinin bütün aktivlərini satacağını bildirmişdi. Hazırda “Roshen” şirkətinin Ukraynada 5 qənnadı fabriki işləyir. Şirkətin Rusiya, Litva və Macarıstanda da fabrikləri var.

“Candy Industry Top 100”ün qiymətləndirməsinə görə, “Roshen” şirniyyat istehsalı şirkəti böyüklüyünə görə eyni məhsulu istehsal edən dünya şirkətləri arasında 18-ci yerdədir. Şirkətin mərkəzi ofisi Kiyevdə yerləşir. “Roshen” brendi ilə 200 növdə məhsul istehsal edilir. 2013-cü ildə istehsalın ümumi həcmi 450 min ton olub. 2012-ci ildə şirkətin dövriyyəsi 1,2 milyard dollar təşkil edib.

Qeyd edək ki, uzun illər “Roshen”nin əsas bazarı Rusiya olub. Poroşenko bu bazardan hər il milyonlarla dollar götürürdü. Lakin avrointeqrasiya siyasi kursunu götürən Ukraynaya qarşı Rusiyanın başladığı iqtisadi müharibədən zərər çəkənlərdən biri də Poroşenko olub. Putin höküməti “Roshen” məhsullarını Rusiyaya idxalını qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm