Şok iddia: Rusiya Ukraynada daha 4 “xalq respublikası”nı yaratmağı planlaşdırırdı - Siyahı
Bizi izləyin

Dünya

Şok iddia: Rusiya Ukraynada daha 4 “xalq respublikası”nı yaratmağı planlaşdırırdı - Siyahı

Rusiya Federasiyası xüsusi xidmət orqanları Ukraynada daha dörd "xalq respublikası" yaratmağı planlaşdırırdı.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya bildirib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Ukraynanın beş regionunda qeyri-stabil vəziyyət yaratmağa çalışan Rusiya xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin fəaliyyətini ifşa edib. Y.Qitlyanskaya qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Çerniqov, Lvov, Poltava, Herson və Vinnitsa vilayətlərində agentura şəbəkəsini yaratmaq fikrində idilər.

O, qeyd edib ki, Rusiya Ukrayna hakimiyyətini ələ keçirməklə Odessa, Xarkov, Kiyev və Podkarpatskaya "xalq respublikaları”nı yaratmağı planlaşdırırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm