78 illik məhkəmə prosesi başa çatdı
Bizi izləyin

Dünya

78 illik məhkəmə prosesi başa çatdı

Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətində ərazi mübahisəsi ilə bağlı 78 il əvvəl başlayan məhkəmə prosesi başa çatıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kadastr Məhkəməsində açılan və bu vaxta kimi 25 hakimin, 50-dən çox vəkilin dəyişdiyi, 11 qovluqdan ibarət iddianın 157-ci məhkəmə prosesində qərar verilib.

Məhkəmə prosesi ərazidən istifadə edən kəndlilərin lehinə başa çatıb.

Yunanıstandan 1926-cı ildə Yalovaya gələn Həsən Bəy həmin vaxt 40 hektar ərazi verilib. Onun uşaqlarından olan İlyas Avantar bir müddət sonra ərazinin 4,8 hektarını Adanada bir fabriklə dəyişdirib. Xəzinə 1937-ci ildə ərazini geri qaytarmaq üçün iddia açıb. Cəmiyyətə aid bu ərazinin başqalarına da satıldığının bəlli olmasından sonra 17 ayrı iddia biləşdirilib.

Məhkəmə hakimi ümumilikdə 60 hektar ərazinin 1,08 hektar ərazisi istisna olmaqla qalan ərazisinin kəndlilər adına qeydiyyatdan keçirilməsinə qərar verib. Məhkəmə Xəzinənin ərazilərin qaytarılması üçün etdiyi müraciəti rədd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm