Müqəddəs heyvan iki buddist zəvvarı öldürüb
Bizi izləyin

Dünya

Müqəddəs heyvan iki buddist zəvvarı öldürüb

Şri-lankada fil Anuradxapura şəhərində müqəddəs ağac ətrafına toplaşmış buddist zəvvarlara hücum edib.

Publika.az-ın “Agence France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, fil iki zəvvarı öldürüb.

Heyvanın hücumunun səbəbini müəyyən etmək mümkün olmayıb. Agentlik qeyd edir ki, adada bu cür faciəli hadisələrə son dərəcə nadir hallarda rast gəlinir.

Fillər Şri-Lankada müqəddəs heyvanlar sayılır və mühafizə olunurlar. Hazırda Şri-lankada 7,5 min fil var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm