Putin generalları topladı
Bizi izləyin

Dünya

Putin generalları topladı

“Rusiya geosiyasi oyunlara və münaqişələrə qarışmağa hazırlaşmır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin inkişafı üzrə Soçidə keçirilən müşavirədə deyib.

“Biz heç kəsi hədələmirik və hər hansı geosiyasi oyunlara, intriqalara və xüsusən münaqişələrə qarışmağa hazırlaşmırıq. Baxmayaraq ki, bununla bağlı cəhdlər var və bizi həmin oyunlara cəlb etmək istəyirlər", - deyə Rusiya dövlət başçısı bildirib.

V.Putin ölkənin müdafiəsi sahəsində məsələlərin həllində bütün hakimiyyət orqanlarının səylərinin birləşdirilməsinə ehtiyacın olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm