BLA... BLA... BLA...
Bizi izləyin

Dünya

BLA... BLA... BLA...

Braziliyanın "Estado de Minas" qəzeti "Cruzeiro" - "Atletico Mineiro" arasında baş tutacaq final qarşılaşmasını nəşrin birinci səhifəsində dərc edib. Ön səhifədəki digər xəbərlərin başlıqlarını və məzmunlarını isə "bla ... bla ... bla ..." sözləri ilə doldurub.

Publika.az-ın məlumatına görə, Minas Gerais əyalətinin iki komandasının Braziliya Kubokunn finalına çıxması bölgə qəzeti "Estado de Minas"a görə digər xəbərləri arxa plana keçirib.

Qəzet bu qarşılaşma xaricində gündəmdəki digər hadisələrin əhəmiyyətsiz olduğunu qeyd edərək digər xəbərlərin başlıqlarını və məzmunlarını "bla ... bla..bla .." sözləri ilə əvəz edib.

Qeyd edək ki, "Atletico Mineiro" ilə "Cruzeiro" arasındakı ilk maç 2-0 başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm