Aİ Ukraynada iqtisadi islahatlara dəstək verməyə hazırdır, şərti isə…
Bizi izləyin

Dünya

Aİ Ukraynada iqtisadi islahatlara dəstək verməyə hazırdır, şərti isə…

Avropa İttfaqı (Aİ) digər ölkələr və beynəlxalq institutularla birlikdə Ukraynada iqtidar-müxalifət dialoqu və iqtisadi islahatların keçirilməsinə dəstək verməyə hazırdır.

Avropa İttfaqı (Aİ) digər ölkələr və beynəlxalq institutularla birlikdə Ukraynada iqtidar-müxalifət dialoqu və iqtisadi islahatların keçirilməsinə dəstək verməyə hazırdır.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton bildirib.

Aİ-yə üzv ölkələrin xarci işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlama verən K.Eşton Ukrayna hakimiyyəti barəsində sanksiyaların müzakirə edilməyəcəyini dilə gətirib. “Biz dialoq prosesini dəstəkləməyə hazırıq. Ukraynadakı hazırkı vəziyyətə son qoymağa cəhd göstərmək çox əhəmiyyətlidir. Biz Avropa İttifaqının iqtisadi dəstəyi ilə keçiriləcək islahatlara dəstək verməyə hazırıq”, - Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı deyib.

O, bir çox ölkələr və beynəlxalq institutlarla bu məsələdə birgə mövqeyi olduqlarını əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm