İraq azərbaycanlı milyarderə 5 milyard verəcək
Bizi izləyin

Dünya

İraq azərbaycanlı milyarderə 5 milyard verəcək

İraq “Qərbi Kurna-2” yatağı üzrə “Lukoyl” şirkətinə noyabr və dekabr aylarında kompensasiya məqsədilə yeni imkanlar yaradacağına söz verib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə “Lukoyl” prezidenti Vahid Ələkbərov İraqın Neft naziri Əbdül Kərim Lueybi ilə görüşdən sonra çıxış edib.

O, kompensasiya alınması işini tezləşdirmək istədiklərini bildirib.

Qeyd edək ki, bir müddət öncə Vahid Ələkbərov “Qərbi Kurna-2” yatağının işlənilməsi ilə bağlı çəkilmiş xərclərlə bağlı 5 milyard dollar kompensasiya alacaqlarını bildirmişdi.

Onu da xatırladaq ki, “Qərbi Kurna-2” yatağı dünyanın ən zəngin ikinci yatağıdır. 14 milyard barrel neftə malik olan yatağın səhmlərinin 75%-i “Lukoyl”a aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm