Maskalılar biznesmenin 30 milyonunu oğurladılar
Bizi izləyin

Dünya

Maskalılar biznesmenin 30 milyonunu oğurladılar

Ötən gün gecə saatlarında Moskvanın qərbində naməlum şəxslər iş adamına hücum edib və ona məxsus olan 30 milyon rublu oğurlayıblar. Rusiya hüquq mühafizə orqanlarının məlumatına görə, hadisə Kutuzov prospektində baş verib. Belə ki, qara maskalılar bankdan çıxan biznesmenə tapança ilə hədə-qorxu gəlib, onun əlindəki içərisi pulla dolu olan çantanı götürüb aradan çıxıblar.

Qeyd edək ki, hücuma məruz qalan zərərçəkmiş avtomobil ticarətilə məşğul olan firmalardan birinin sahibidir. Belə bir versiya irəli sürülür ki, qarətçilər gün ərzində iş adamını izləyib və onun bankdan pul çıxaracağını öncədən biliblər.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm