İŞİD kürd liderin oğlunu öldürdü
Bizi izləyin

Dünya

İŞİD kürd liderin oğlunu öldürdü

Kürdüstan Sosialist Demokrat Partiyasının rəhbəri Məhəmməd Hacı Mahmudun oğlu Ata Məhəmməd İŞİD terror qruplaşması ilə döyüşdə öldürülüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Ərbildəki təhlükəsizlik mənbələri bildirib.

Məlumata görə, kürd liderin oğlu Kərkükün 12 kilometr cənubundakı Tilverde kəndində gedən döyüşdə həyatını itirib. 35 yaşındakı Məhəmməd 5 uşaq atası olub. Döyüşdə kürd liderin mühafizəçisinin isə yaralandığı bildirilir.

Məhəmməd Hacı Mahmud peşmərgə güclərinin Kərkükə daxil olmasından sonra Şimali İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani tərəfindən Kərkük peşmərgə güclərinin komandiri təyin edilmişdi.

Xəbərdə həmçinin bildirilir ki, son həftələrdə İŞİD-in Kərkükdə peşmərgəyə hücumları artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm