Ərdoğan Gülənin xəstəxanasında niyə əməliyyat olunmadı? – Şok iddia
Bizi izləyin

Dünya

Ərdoğan Gülənin xəstəxanasında niyə əməliyyat olunmadı? – Şok iddia

Türkiyədə “paralel yapı” adlandırılan Fətullah Gülən camaatı ilə bağlı aparılan istintaqda ifadə verən dini liderin keçmiş sağ qolu Lətif Ərdoğan şok iddia səsləndirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, L.Ərdoğan prokurora prezident Rəcəb Tayyib Ərdoğanın xəstələndiyi zaman baş verən bir hadisədən danışıb.

“Rəcəb Tayyib Ərdoğanın camaata məxsus bir xəstəxanaya yerləşdirildiyini eşidən Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan dərhal xəstəxanaya gələrək əməliyyata və “paralel yapı”nın təhlükəli məqsədinə mane olmuşdu", - L.Ərdoğan ifadədə bildirib.

O, “paralel yapı”nın 1990-cı illərdə CIA və MOSSAD kimi kəşfiyyat xidmətlərin nəzarəti altına keçdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm