Ukraynanın azərbaycanlı əfsanəsi bu gün dəfn ediləcək - VİDEO
Bizi izləyin

Dünya

Ukraynanın azərbaycanlı əfsanəsi bu gün dəfn ediləcək - VİDEO

Kiyevə əfsanəvi azərbaycanlı döyüşçü “Balu”nun cəsədi gətirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “TCN.ua” yayıb.

Məlumatda onun Bakıda doğulduğu və 11-ci “Kiyevskaya rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri olduğu deyilib. Əsl adı İlqar Bağırov olan “Balu” oktyabrın 1-də 3 döyüşçü ilə birlikdə kəşfiyyata gedib və tələyə düşüb. Əsir düşməməsi üçün azərbaycanlı qəhrəman özünü rus əsgərləri ilə birgə partladıb. Uzun müddətdən sonra məhz bu gün onun cəsədi tapılıb.

Ukrayna mətbuatı isə İlqar Bağırovun sağlığında əfsanə olduğunu yazıb. 44 yaşlı azərbaycanlı qəhrəmanın bu gün Kiyevin İrpen bölgəsində dəfn ediləcəyi bildirilib.

İlqardan geriyə isə həyat yoldaşı və 13 yaşlı qızı qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm