Separatçılar Latın Amerikası ölkələrinə “diplomatik missiya” göndərir
Bizi izləyin

Dünya

Separatçılar Latın Amerikası ölkələrinə “diplomatik missiya” göndərir

“Donetsk Xalq Respublikası” (“DXR”) nümayəndə heyəti Latın Amerikası ölkələrinə səfər etməyə hazırlaşır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə separatçı qurumun “xarici işlər naziri” Aleksandr Kofman Donetsk şəhərində brifinqdə bildirib.

“Bu ölkələr Venesuela, Kuba və Argentinadır. Biz bu ölkələrdən tezliklə tanınmanı gösləyirik”, - A.Kofman deyib.

Kofmanın sözlərinə görə, yaxın vaxtlarda “DXR” nümayəndə heyəti Cənubi Osetiya və Abxaziyaya səfər edəcək: “Biz tanınmamış dövlətlərin İttifaqına daxil olmaq və onun gücləndirilməsində iştirak etmək istəyirik".

“DXR”in “xarici işlər naziri” həmçinin Abxaziya “baş naziri” Beslan Butboyun başçılıq etdiyi nümayəndə heyətin Donetskə gəldiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm