Amerikanı qorxudan Rusiya qırıcıları
Bizi izləyin

Dünya

Amerikanı qorxudan Rusiya qırıcıları

Rusiyanın radarların tuta bilmədiyi “PAK FA T-50” qırıcısı ABŞ-ın “F-22 Raptor” və “F-35” kimi beşinci nəsil döyüş təyyarələrinin rəqibi ola bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “The National Interest” nəşrində dərc etdiyi məqaləsində hərbi məsələlər üzrə amerikalı ekspert Deyv Madjumdar yazıb.

“Analizin nəticələri göstərir ki, “PAK FA T-50” qırıcısının konstruksiyası olduqca müasirdir və bəzi ekspertlərin fikrincə, hətta beşinci nəsil Amerika təyyarələrini üstələyir. “F-22 Raptor” kimi Rusiya qırıcısı da uzun müddət səsdən surətli uça biləcək. “PAK FA T-50”nin maliyyə dəyəri daha az, manevr qabiliyyəti isə daha çoxdur”, - Madjumdar qeyd edib.

Onun sözlərinə görə, ruslar sensor sistemlər sahəsində böyük irəliləyişə nail olublar. Ekspert həmçinin qeyd edib ki, Amerika hərbi təyyarələrində görüntüləri aşkarlayan cihazların məlumatların sintezi baxımdan üstünlüyü əvvəlki kimi qalır və bu, müasir müharibələrdə son dərəcə əhəmiyyətlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm