Ukrayna baş naziri və spiker postlarına namizədlər bəlli oldu
Bizi izləyin

Dünya

Ukrayna baş naziri və spiker postlarına namizədlər bəlli oldu

Koalisiya Şurası Ukrayna baş naziri və Ali Rada sədri postlarına namizədləri irəli sürüb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Ukraynanın baş naziri vəzifəsinə Arseniy Yasenyuk, Ali Rada sədri vəzifəsinə isə Vladimir Qroysmanın namizədliyi dəstəklənib.

Qeyd edək ki, Koalisiya Şurasında "Xalq cəbhəsi” Partiyası, “Pyotr Poroşenkonun Bloku", “Qarşılıqlı yardım" Partiyası, “Radikal” Partiyası və “Batkivşina” Partiyası daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm