Əsədi qoruyan erməni cəllad “ruhlar”ın görüntüsü yayıldı - Fotolar
Bizi izləyin

Dünya

Əsədi qoruyan erməni cəllad “ruhlar”ın görüntüsü yayıldı - Fotolar

Suriyada qiyamın başladığı gündən Şabiha qruplaşması Əsəd rejimini müdafiə edir.

Axar.az xəbər verir ki, Şabiha 1975-ci ildə Hafiz Əsədin qardaşı oğlu Numeyr Əsəd tərəfindən qurulub. Ərəbcə “ruhlar” mənasını verir. Təşkilat Hafiz Əsəd dövründə bir çox qiyamların yatırmasında birbaşa iştirak edib.

Suriyada inqilabın başladığı gündən təşkilat Bəşər Əsədə xidmət etməyə başlayıb və hazırda da müxaliflərə qarşı əməliyyatlar aparır.

Qruplaşma üzvlərinin əsasən mülki paltarlarda gəzdikləri bildirilir. Bu yolla onlar xalqın içinə qarışaraq məlumat toplayır.

Qeyd edək ki, bir neçə il öncə Suriya müxalifəti ermənilərin Əsəd rejimi tərəfindən xalqa divan tutmaqda iştirak etdiyinə dair məlumatlar yaymışdılar. Məlumatda erməni muzdluların rejimi dəstəkləyən “Şabiha” qruplaşmasının tərkibində Homs şəhərində kütləvi qətliamlarda iştirak etdikləri və öz aralarındakı söhbətlərdə bununla fəxr etdiklərini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm