ABŞ İŞİD-i “çöl donuzu” ilə məhv edəcək
Bizi izləyin

Dünya

ABŞ İŞİD-i “çöl donuzu” ilə məhv edəcək

Amerika ordusu "tank qatili" və yaxud “çöl donuzu” adlandırılan “A-10 Thunderbolt 2” təyyarələrini İŞİD terror qruplaşması ilə mübarizə üçün Əfqanıstandan Orta Şərqə göndərib.

Publika.az-ın məlumatına görə, təyyarələrin yerləşdiyi baza hələlik gizli saxlanılır. Amma təyyarələrin Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytdəki Amerika bazalarında yerləşdirildiyi təxmin edilir. Məlumata görə, sözügedən təyyarələrdən İŞİD-ə qarşı istifadə edilməklə onların istismar müddəti də uzadılmış olacaq.

Beş milyard dollarlıq qənaət üçün 283 ədəd "A-10 Thunderbolt 2” təyyarəsinin istifadədən çıxarılması planlaşdırılırdı. Tank və zirehli texnikalara hücum edə bilən ikimotorlu təyyarə “soyuq müharibə” dövründə Rusiyanın tank və zirehli texnikalarının məhv edilməsi üçün hazırlanmışdı.

“Soyuq müharibə” dövründə inkişaf etdirilən 30 millimetrlik “Gatling” topu təyyarənin ən təsirli silahıdır. Top 7 lüləli və 1350 ədəd gülləlik darağa malikdir. Pilotun seçiminə görə, dəqiqə ərzində 2100-4200 güllə ata bilən təyyarə 6500 metrdən tankı məhv edə bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm