Ukraynanın baş naziri seçildi
Bizi izləyin

Dünya

Ukraynanın baş naziri seçildi

Arseniy Yasenyuk Ukraynanın yeni Ali Radası tərəfindən Ukrayna baş naziri vəzifəsinə seçilib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ali Radanın 390 deputatından 341-i Yasenyuka səs verib.

“Pyotr Poroşenkonun Bloku”ndan 138, “Xalq cəbhəsi” Partiyasından 83, “Müxalifət bloku”ndan 1, "Qarşılıqlı yardım” Partiyasından 32, “Radikal” Partiyasından 21, "Xalq hakimiyyəti" deputat qrupundan 19, "Batkivşina" Partiyasından 18, "İqtisadi inkişaf" deputat qrupundan isə 16 deputat A.Yasenyukun namizədliyini dəstəkləyib.

Yasenyuk 27 fevral 2014-ci ildən Ukraynanın baş naziri vəzifəsini tuturdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm