İlk “güllə” Moskvaya atıldı: “Ukrayna xalqına qalib gəlmək olmaz”
Bizi izləyin

Dünya

İlk “güllə” Moskvaya atıldı: “Ukrayna xalqına qalib gəlmək olmaz”

Ukrayna Ali Radasının bugünkü iclasında baş nazir seçilən Arseniy Yasenyukun ilk mesajı da gözlənildiyi kimi Moskvaya olub.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, A.Yasenyuk Rusiyanın Ukrayna xalqına qalib gələ bilməyəcəyini bildirib.

“Ordu ilə vuruşmaq və yəqin ki, qalib gəlmək olar. Amma heç vaxt Ukrayna xalqına və Ukrayna millətinə qalib gəlmək olmaz”, - baş nazir deyib.

A.Yasenyuk vurğulayıb ki, Ukrayna xalqının çiynində dövləti saxlamaq və müstəqilliyi geri almaq kimi tarixi, ağır və məsuliyyətli yük var: “Biz xarici təcavüzə, məhz Rusiyanın hərbi basqınına məruz qalmışıq. Bu hərbi basqın yalnız ərazi bütövlüyü və bizim müstəqilliyimizə qəsd deyil, həm də Ukraynanın məhv edilməsi cəhdidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm